Belarus klubu avrokuboklarda ev oyunlarını Azərbaycanda keçirəcək

Belarus klubu avrokuboklarda ev oyunlarını Azərbaycanda keçirəcək

Belarusun "Dinamo" klubu avrokuboklarda ev oyunlarını Azərbaycanda keçirəcək.

Mediasport.az xəbər verir ki, Minsk təmsilçisinin ya Avroliqa, ya da Konfrans Liqasının qrupunda ev matçları ölkəmizdə baş tutacaq.

UEFA-ya müraciət edən Belarus klubu qurumdan razılıq, həmçinin, AFFA-dan müsbət cavab alıb.

Paytaxt klubunun ev oyunları Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda reallaşacaq.

Xatırladaq ki, "Dinamo"nun ötən mövsüm də avrokubok matçı Azərbaycanda baş tutub.

Konfrans Liqası 1-ci təsnifat mərhələsinin "Jelezniçar"la (Bosniya və Herseqovina) cavab oyununa "Qarabağ"a məxsus "Azərsun Arena" ev sahibliyi etmişdi.

UEFA siyası səbəblərdən dolayı Belarus millisi və klublarına öz ölkələrində avrokubok matçları keçirmək qadağası qoyub.