2024-ün son REYTİNQİ: Ən yaxşı göstərici Şəhriyara məxsusdur
Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2024-cü ilin son reytinq cədvəlini açıqlayıb.
Mediasport.az xəbər verir ki, Azərbaycanın ən yaxşı göstəriciyə malik təmsilçiləri Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədova məxsusdur.
Şəhriyar Məmmədyarov 2738 xalla 16-cı, Teymur Rəcəbov 2698 xalla 33-cü, Rauf Məmmədov 2656 xalla 69-cu pillədə qərarlaşıb.
Siyahıya 2831 xalla norveçli Maqnus Karlsen başçılıq edir.
Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2421 xal) 36-cı, Gövhər Beydullayeva (2404 xal) 43-cü, Ülviyyə Fətəliyeva (2381 xal) 67-ci, Xanım Balacayeva (2362 xal) isə 83-cü sıradadır.
Qadınların reytinqinin lideri 2633 xalla çinli Yifan Houdur.