Avropa çempionatı: 5 boksçumuz yarımfinal uğrunda döyüşlərə çıxır
Serbiyanın paytaxtı Belqradda boks üzrə Avropa çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, ölkəmizi qitə birinciliyində təmsil edən 5 qadın idmançımız bu gün 1/4 final döyüşlərini keçirəcək.
Yarımfinala vəsiqə qazanacaq boksçumuz minimum bürünc medalı təmin etmiş olacaq.
Qeyd edək ki, aprelin 29-da başa çatacaq Avropa çempionatında Azərbaycan hələlik bir medalı qarantiləyib.
Kişilərin mübarizəsində dünya çempionumuz Alfonso Dominges (92 kq) yarımfinala adlamaqla buna nail olub.
Kubalı legionerimiz aprelin 25-də finala çıxmaq üçün yarışacaq.
Avropa çempionatı. Qadınlar. 1/4 final
48 kq. Anaxanım İsmayılova - Sevda Yuliyanova (Bolqarıstan)
50 kq. Marjona Savriyeva - Nina Radovanoviç (Serbiya)
52 kq. Zeynəb Rəhimova - Venelina Poptoleva (Bolqarıstan)
57 kq. Məhsəti Həmzəyeva - Svetlana Kamenova (Bolqarıstan)
66 kq. Şəhla Allahverdiyeva - Milena Matoviç (Serbiya)