Boksçularımıza olimpiadaya yollanmaq üçün SON ŞANS!

Boksçularımıza olimpiadaya yollanmaq üçün SON ŞANS!

Azərbaycanın boks millisi mayın 24-də Tailandın paytaxtı Banqkokda keçiriləcək II Dünya Olimpiya Təsnifat turnirində iştirak edəcək.

Mediasport.az xəbər verir ki, yığmamız 10 gün davam edəcək yarışda 9 boksçu ilə təmsil olunacaq.

Komandamızın heyətində Olimpiya lisenziyası uğrunda Şamil Əsgərov (57 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq), Alfonso Dominges (92 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) mübarizə aparacaqlar.

Turnirdə 133 ölkə və Qaçqınlar komandasından 600-dən çox boksçunun iştirakı gözlənilir.

Yarışda kişi idmançıların mübarizəsində 28, qadınlarda 23 nəfər Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.

Reqlamentə əsasən, boksçularımızın mübarizə aparacağı 57 kq-da 3 (kişilər), 63,5, 71 kq-da 5, digər çəkilərdə 4 idmançı Fransa paytaxtında iştirak hüququna yiyələnəcək.

Xatırladaq ki, yığmamızın heyətində Nicat Hüseynov (51 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Paris-2024-ə lisenziya qazanıblar.