5 xanım boksçu ölkəmizi Avropa çempionatında təmsil edəcək
Oktyabrın 14-də Monteneqronun Budva şəhərində qadın boksçular arasında Avropa çempionatı start götürəcək.
mediasport.az xəbər verir ki, 9 gün davam edəcək yarışda Azərbaycan 5 boksçu ilə təmsil olunacaq.
Baş məşqçi Yadigar Məmmədov və məşqçi İlkin Ağayevin rəhbərliyi altında medallar uğrunda Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (51 kq), Zeynəb Rəhimova (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (80 kq) mübarizə aparacaq.
AÇ-nin püşkü oktyabrın 13-də atılacaq.