Avropa çempionatı: Azərbaycan millisi Serbiyaya Bakıda da uduzdu

Avropa çempionatı: Azərbaycan millisi Serbiyaya Bakıda da uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Mediasport.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi yığmamız Bakıda Serbiya futbolçularını qəbul edib.

Komandamız doğma meydanda 2 cavabsız qolla uduzub.

Bu komandalar arasında qrupda baş tutan ilk qarşılaşmada da serblər 2:0 hesablı qələbə qazanmışdılar.

Millimiz 6 komandalı qrupda 8 görüşdən sonra 7 məğlubiyyət, 1 qələbə ilə sonuncu pillədə qərarlaşıb.

Avropa çempionat. Seçmə mərhələ. F qrupu

Azərbaycan (U-21) – Serbiya (U-21) 0:2

Baş hakim: Bastyen Deşepi

Baş hakimin köməkçiləri: Aleksis Auger, Bris Parine Le Telye

Dördüncü hakim: Floran Batta (hakimlər briqadası Fransadandır)

Bakı, Dalğa Arena. Saat 19:00

Azərbaycan: 1. Yusif İmanov, 5. Mahir Həsənov, 4. Cəlal Hüseynov, 21. İbrahim Ramazanov, 2. Abdulla Rzayev, 3. Rüfət Abbasov,13. Emil Səfərov, 8. Fərid Yusifli (k), 9. Nəriman Axundzadə, 18. Ağadadaş Salyanski, 14. Xəyal Əliyev.

Baş məşqçi: Samir Əliyev.

Serbiya: 12. Lazar Kaliçanin, 16. lazar Konstantinov, 3. Mixaylo İliç (k), 6. Voyin Serafimoviç, 14. Vukaşin Durdeviç, 4. Nikola Miliçiç, 20. Yovan Şlviniç, 17. Stefan Dzodiç, 22. Marko Veliçkoviç, 10. Yovan Miloşoviç, 7. Yovan Miyatoviç.

Baş məşqçi: Lyubinko Druloviç.



1. Ukrayna 7 7 0 0 17 3 21
2. İngiltərə 8 6 1 1 32 5 19
3. Serbiya 9 4 1 4 12 18 13
4. Ş.İrlandiya 7 2 1 4 4 8 7
5. Lüksemburq 9 2 1 6 6 23 7
6. Azərbaycan 8 1 0 6 4 18 3