Vüsal İsgəndərli darmadağının qarşısını ala bilməyib - VİDEO

Vüsal İsgəndərli darmadağının qarşısını ala bilməyib - VİDEO

Albaniya Superliqasında 18-ci tura yekun vurulub.

Mediasport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatia" evdə "Tirana"ya böyükhesabla uduzub (0:5).

İsgəndərli bu matça start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib.

Xatırladaq ki, "Eqnatia" darmadağın olsa da, hələ də ölkə çempionatının turnir cədvəlində 37 xalla liderdir.

Albaniya Superliqası. 18-ci tur

"Eqnatia" - "Tirana" 0:5