Tükiyə - Rumıniya oyununun baş hakimi Fəridə Lütfəliyeva olacaq
Azərbaycanın FİFA referisi Fəridə Lütfəliyeva beynəlxalq yoldaşlıq oyununa təyinat alıb.
Mediasport.az xəbər verir ki, o, Türkiyənin Antalya şəhərində keçiriləcək qadınlardan ibarət Tükiyə - Rumıniya yoldaşlıq görüşünün baş hakimi olacaq.
Ədalət təmsilçisinə Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcək.
Dördüncü hakim funksiyasını türkiyəli Cansu Tiryaki yerinə yetirəcək.
Qeyd edək ki, “Atatürk” Olimpiya Stadionundakı qarşılaşma fevralın 28-də gerçəkləşəcək.