Millimizin Macarıstan və İsveçrə ilə matçlarının hakim təyinatları
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Macarıstan və İsveçrə yığmalarına qarşı keçirəcəyi oyunların hakim təyinatları açıqlanıb.
Mediasport.az xəbər verir ki, B Liqasının I qrupunda iyulun 12-də Bakıda Macarıstanla baş tutacaq görüşü Xorvatiyadan, iyulun 16-da Lozannada İsveçrə ilə keçiriləcək qarşılaşmanı isə Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.
Xatırladaq ki, son iki tur ərəfəsində Azərbaycan millisi 4 xalla dördüncü yerdə qərarlaşıb.
İsveçrə 9 xalla birinci, Türkiyə 6 xalla ikinci, Macarıstan isə 4 xalla üçüncüdür.
Avropa çempionatı. B Liqası. I qrup
12 iyul
20:00. Azərbaycan - Macarıstan
Hakimlər: Yelena Pejkoviç, Sanya Rodyak-Karşiç, Qordana Katuşiç, Yelena Kumer.
"Liv Bona Dea Arena".
16 iyul
21:00. İsveçrə - Azərbaycan
Baş hakim: Miriama Boçkova, Miroslava Pastorekova, Aleksandra Varqova, Suzana Valentova.
"Olimpik De La Pontez" stadionu.