Millətlər Liqası: Milimizin növbəti oyununa təyinatlar açıqlanıb

Millətlər Liqası: Milimizin növbəti oyununa təyinatlar açıqlanıb

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin səfərdə Monteneqro yığmasına qarşı keçirəcəyi UEFA Millətlər Liqasının II tur oyununa hakim təyinatları açıqlanıb.

Mediasport.az xəbər verir ki, qarşılaşmanı İsveçdən olan hakimlər briqadası idarə edəcəklər.

FİFA referisi Maral Mirzai Beniyə Kamilla Stendal və Tilde Larsson yan xətt hakimi kimi köməklik göstərəcəklər.

Dördüncü hakim funksiyasını Anna Layanen yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 26-də Podqoritsa oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Azərbaycan komandası sentyabrın 22-də Kipri qəbul edəcək.