Keçmiş FİFA referisi "Neftçi"nin xanımlarına seminar keçib

Keçmiş FİFA referisi "Neftçi"nin xanımlarına seminar keçib

Bu gün “Neftçi”nin Yüksək Qızlar Liqasında mübarizə aparan komandasının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.

Mediasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi Arena”da təşkil olunan tədbirdə AFFA-nın Hakimlər Komitəsinin mütəxəssisi, sabiq FİFA referisi Orxan Məmmədov çıxış edərək, komandanın üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında məlumat verib.

Seminarda “Neftçi” Futbol Akademiyasının direktoru Cemal Bülbül və koordinatoru Elşad Əhmədov da iştirak ediblər.