Avropa çempionatından ilk medal: Kubalı legionerimiz yarımfinalda

Avropa çempionatından ilk medal: Kubalı legionerimiz yarımfinalda

Azərbaycan boksçusu Alfonso Dominges Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında ölkəmizə ilk medalı təmin edib.

Mediasport.az xəbər verir ki, kubalı legionerimiz buna yarımfinala çıxmaqla nail olub.

92 kq-da yarışan dünya çempionumuz 1/4 finalda israilli Yan Zakı üstələyib - 3:2.

Aprelin 25-də qitə birinciliyinin finalı uğrunda döyüşəcək Dominges ən pis halda bürünc medal alacaq.