Azərbaycan boksçuları Çempionlar Gecəsində qələbə qazandı - FOTO

Azərbaycan boksçuları Çempionlar Gecəsində qələbə qazandı - FOTO

Azərbaycanda ilk dəfə İBA Çempionlar Gecəsi keçirilib.

Mediasport.az xəbər verir ki, rinqə ilk olaraq Sərxan Əliyevlə (71 kq, Azərbaycan) Monx-Erdene Urançimeq (Monqolustan) çıxıb.

6 raundluq döyüş boksçumuzun inamlı qələbəsi ilə yekunlaşıb.

Dünya çempionatının mükafatçısının ardınca Avropa çempionumuz Nicat Hüseynov (51 kq) mübarizəyə qoşulub.

Con Zulueta (Filippin) ilə döyüşən millinin üzvü rəqibini məğlub edib. O da 6 raundluq görüşü aktivinə yazıb.

Üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov (+92 kq) 6 raundun yekununda qazaxıstanlı Nursultan Amanjolovdan güclü olub.

+92 kq-da döyüşən Məhəmməd Abdullayev dünya çempionatının mükafatçısı Kristian Salsedonu (Kolumbiya) məğlub edib.

Abdullayev 8 raundluq qarşılaşmanı aktivinə yazmaqla İBA Çempionlar Gecəsində 4-cü qələbəmizi rəsmiləşdirib.