Məşqçilər Şurası milli üçün yeniyetmə oyunçuları yoxlayacaq

Məşqçilər Şurası milli üçün yeniyetmə oyunçuları yoxlayacaq

Azərbaycan Basketbol Federasiyasının (ABF) Məşqçilər Şurası yeniyetmə oğlanlar arasından millilərə namizəd olan basketbolçulara baxış təşkil edəcəklər.

Mediasport.az xəbər verir ki, bu barədə ABF-nin mətbuat xidməti məlumat yayıb.

U-12, U-14 və U-16 yaş kateqoriyaları üzrə keçiriləcək seçimlərdə tələblərə cavab verən yeniyetmə basketbolçular milli komandaların düşərgəsinə cəlb olunacaqlar.

Qeyd edək ki, sentyabrın 5-6-da Azərbaycan Texniki Universitetinin idman zalında baş tutacaq toplanış baxış xarakteri daşıyacaq.