Avropa Liqası tarixinin 10 ən yaxşı komandası açıqlanıb - SİYAHI
Məşhur “FourFourTwo” nəşri UEFA Avropa Liqası tarixinin ən yaxşı komandalarının siyahısını müəyyənləşdirib.
Mediasport.az xəbər verir ki, sıralamaya İtaliyanın "İnter" klubu başçılıq edir.
Yarışı İspaniyanın "Sevilya" kollektivi rekord sayda - 7 dəfə qazansa da, Milan təmsilçisi birinci pilləyə layiq görülüb.
UEFA Avropa Liqasının ən yaxşı 10 komandası
1. “İnter” (İtaliya) - 1998
2. “Atletiko” (İspaniya) - 2018
3. “Parma” (İtaliya) - 1999
4. “Portu” (Portuqaliya) - 2003
5. “Valensiya” (İspaniya) - 2004
6. “Liverpul” (İngiltərə) - 2001
7. “Atletiko” (İspaniya) - 2012
8. “Sevilya” (İspaniya) - 2016
9. “Çelsi” (İngiltərə) - 2013
10. “Real” (İspaniya) - 1986