Cənubi Afrikadan darmadağın, Mərakeş gözlənilmədən xal itirib

Cənubi Afrikadan darmadağın, Mərakeş gözlənilmədən xal itirib

Afrika Millətlər Kuboku turnirinin final mərhələsinin oyunları davam edir.

Mediasport.az xəbər verir ki, Cənubi Afrika Namibiyanı (4:0) darmadağın edib, Mərakeş - Konqo (1:1) və Zambiya - Tanzaniya (1:1) matçlarında qalib müəyyənləşməyib.

E qrupunun turnir cədvəlində Mali 4 xalla liderdir. Cənubi Afrika və Namibiya 3 xalla 2-3-cü pillələri bölüşdürürlər. Tunis 1 xalla sonuncudur. F qrupunun birincisi 4 xalla Mərakeşdir. Konqo və Zambiya 2 xalla 2-3-cü pillələrdə qərarlaşıblar. Tanzaniya 1 xalla dördüncüdür.

Bu gün sonuncu - 3-cü tur çərçivəsində A qrupundan 2 qarşılaşma oynanılacaq.

Afrika Millətlər Kuboku

A qrupu

21:00 Ekvatorial Qvineya - Fil Dişi Sahili

21:00 Qvineya-Bissau - Nigeriya

Xal durumu: Ekvatorial Qvineya - 4, Nigeriya - 4, Fil Dişi Sahili - 3, Qvineya-Bissau - 0