2022-ci ilin gənc futbolçularından ibarət rəmzi heyət açıqlandı

2022-ci ilin gənc futbolçularından ibarət rəmzi heyət açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin gənc futbolçularından ibarət rəmzi heyəti açıqlayıb.

mediasport.az xəbər verir ki, 20 yaşadək oyunçuların il ərzindəki çıxışlarına əsasən, taktiki sxem 3-4-3 kimi tərtib edilib.

Qapıçı: Qavin Bazunu (İrlandiya/“Sauthempton”)

Müdafiəçilər: Pyero İnkapye (Ekvador/“Bayer”), Yoşko Qvardiol (Xorvatiya/“Leypsiq”), Nuno Mendeş (Portuqaliya/PSJ)

Yarımmüdafiəçilər: Qavi, Pedri (hər ikisi İspaniya/“Barselona”), Cud Bellingem (İngiltərə/“Borussiya” Dortmund), Eduardo Kamavinqa (Fransa/“Real”)

Hücumçular: Camal Musiala (Almaniya/“Bavariya”), Kərim Adeyemi (Almaniya/“Borussiya” Dortmund), Ansu Fati (İspaniya/“Barselona”).