Avropa Oyunlarında iştirak edəcək yığmamızın rəqibləri açıqlandı

Avropa Oyunlarında iştirak edəcək yığmamızın rəqibləri açıqlandı

21 iyun-2 iyul tarixlərində Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarında mübarizə aparacaq çimərlik futbolu üzrə milli komandaların siyahısı açıqlanıb.

mediasport.az xəbər verir ki, bu barədə Təşkilat Komitəsi məlumat paylaşıb.

Yarışda yığmamızdan başqa, İspaniya, İtaliya, Polşa, Moldova, Portuqaliya, İsveçrə və Ukrayna komandaları da mübarizə aparacaqlar.