"Böyük Dəbilqə": Milli komandamız turnirə 2 cüdoçu ilə start verəcək
Cüdo üzrə Azərbaycan milli komandasının 2 idmançısı Fransada keçiriləcək "Böyük Dəbilqə" turnirində mübarizəyə start verəcək.
Mediasport.az xəbər verir ki, birinci yarış günündə Nazir Talıbov və Əhməd Yusifov (hər ikisi 60 kq) birincilik uğrunda yarışacaqlar.
3 gün davam "Böyük Dəbilqə" yarışında Azərbaycan 9 cüdoçu ilə təmsil olunacaq. Rəşid Məmmədəliyev, İbrahim Əliyev (hər ikisi 73 kq), Zelim Tçkayev, Səid Mollayi (hər ikisi 81 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq) və Uşanqi Kokauri (+100 kq) də güclərini sınayacaqlar.
Xatırladaq ki, "Böyük Dəbilqə"də 92 ölkədən 500-dən çox cüdoçu iştirak edir. Çempion 1000, ikinci olan 700, üçüncü yeri tutаn idmançı isə 500 reytinq xalı qazanacaq.
60 kq
Nazir Talıbov - Artyom Leşuk (Ukrayna)
Əhməd Yusifov - Mehrzod Sufiyev (Tacikistan)