2 güləşçimiz beynəlxalq yarışda medal qazanmağa çalışacaq
Sabah Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının dördüncü mərhələsinə start veriləcək.
Mediasport.az xəbər verir ki, Ramiz Həsənov (80 kq) və İbrahim Yusubov (90 kq) turnirdə Azərbaycanı təmsil edəcəklər.
İki gün davam edəcək yarışda idmançılarımız baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında mübarizə aparacaqlar.