Federasiyanın Nəzarət-təftiş komissiyasının sədri vəfat edib

Federasiyanın Nəzarət-təftiş komissiyasının sədri vəfat edib

Azərbaycan Sambo Federasiyasının Nəzarət-təftiş komissiyasının sədri Şahlar Mustafayev dünyasını dəyişib.

mediasport.az xəbər verir ki bu barədə qadın paralimpiyaçılardan ibarət milli komandamızın baş məşqçisi Ramin İbrahimov feysbuk hesabında paylaşım edib.

Şahlar Mustafayev ölkəmizdə sambonun inkişafında böyük xidmətləri olan idman xadimi olub. O, beynəlxalq ekstra dərəcəli hakim, Əməkdar bədən tərbiyəsi və idman xadimi idi.

Allah rəhmət eləsin!