Azərbaycan döyüşçüləri AÇ-də 5 medal qazandılar

Azərbaycan döyüşçüləri AÇ-də 5 medal qazandılar

Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən MMA idman növü üzrə Avropa çempionatında Azərbaycan idmançıları 5 medal qazanıblar.

MediaSport.az xəbər verir ki, Yusif  Əliyev (56 kq) qızıl, Fərman Həsənov (83 kq) gümüş, İmran Abbasquliyev (70 kq), Tahirə Babayeva (61 kq) və Nicat Xankişiyev (56 kq) bürünc medala layiq görülüblər.