Nokautla məğlub olan boksçunun həyatını xilas etmək mümkün olmadı
Meksikalı peşəkar boksçu Moises Fuentes vəfat edib.
mediasport.az xəbər verir ki, bu barədə Dünya Boks Şurasının (WBC) prezidenti Maurisio Süleyman məlumat verib.
Fuentes 2021-ci ilin oktyabrında həmyerlisi David Kuelyara nokautla məğlub olduğu döyüşdə aldığı ağır xəsarətə görə bir il idi xəstəxanada yatırdı. Boksçu qarşılaşmadan sonra beynində yaranan qan laxtasına görə xəstəxanaya aparılmış və əməliyyat olunmuşdu. Zədə ağır olduğu üçün idmançı süni nəfəs aparatına qoşulmuşdu.
Fuentes 2011-ci ildə WBO versiyası üzrə yüngül çəkidə çempion olub. Peşəkar rinqdə 25 qələbə, 7 məğlubiyyət və 1 heç-heçə əldə edib.