Rafael Fiziyevin UFC-də növbəti rəqibi müəyyənləşdi

Rafael Fiziyevin UFC-də növbəti rəqibi müəyyənləşdi

UFC döyüşündə Azərbaycanı yüngül çəkidə təmsil edən Rafael Fiziyevin növbəti rəqibi müəyyənləşib.

MediaSport.az xəbər verir ki, 30 yaşlı idmançı polşalı Mateuş Qamrotla qarşılaşacaq.

Gecənin əsas görüşü sentyabrın 23-də ABŞ-ın Las-Veqas şəhərində təşkil olunacaq.

Qeyd edək ki, Rafael Fiziyev sonuncu dəfə ABŞ təmsilçisi Castin Geyciyə uduzub.