ABŞ-də ilin döyüşləri sırasında azərbaycanlının dueli də var

ABŞ-də ilin döyüşləri sırasında azərbaycanlının dueli də var

ABŞ-də 2023-cü ilin 5 ən yaxşı MMA döyüşünün siyahısı tərtib edilib.

Mediasport.az xəbər verir ki, siyahıda bu il Londonda keçirilmiş "UFC 286" turnirində yüngül çəkidə azərbaycanlı döyüşçü Rafael Fiziyevlə ABŞ təmsilçisi Castin Qetci arasında keçirilmiş görüş də yer alıb.

Reytinqdə ilk yeri Aleksandr Pantoja ilə Brendon Moreno arasındakı döyüş tutub.

Qeyd edək ki, Fiziyev Qetci ilə qarşılaşmada rəqibinə məğlub olub.