Azarkeşləri "Qarabağ"ı Tovuzda 1500 manat ziyana salıblar

Azarkeşləri "Qarabağ"ı Tovuzda 1500 manat ziyana salıblar

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Mediasport.az xəbər verir ki, toplantıda Premyer Liqanın 27-ci turunda yol verilmiş qayda poztunuları hüquqi qiymət alıb.

"Qəbələ" ilə görüşdə qırmızı vərəqə alan "Araz-Naxçıvan"ın futbolçusu Numan Kurdiç bir oyunluq cəzalandırılıb.

Naxçıvan təmsilçisi legionerinə görə 800 manat ödəyəcək.

Tovuzda baş tutmuş "Turan Tovuz" - "Qarabağ" matçına görə ev sahibləri 500, qonaqlar "Qarabağ" 1500 manat cərimələniblər.

Qarşılaşma başa çatdıqdan sonra tunel, texniki zona və miks zonaya “A buraxılışı” vəsiqəsi olmayan şəxslər buraxıldığı üçün Tovuz klubu cərimə alıb.

Ağdam təmsilçisi isə azarkeşləri pirotexniki vasitədən istifadə etdiyi üçün bu cəzaya məruz qalıb.

Komitə "Sumqayıt"a 700 manat cərimə kəsib, "gənclik şəhəri" təmsilçisinin 4 oyunçusu "Sabah"a 1:2 hesabı ilə uduzduqları oyunda sarı vərəqə alıb.