FİBA Çempionlar Liqasının pley-off qarşılaşması Bakıda keçiriləcək
FİBA Çempionlar Liqasının pley-in görüşü Bakıda keçiriləcək.
Mediasport.az xəbər verir ki, Türkiyənin "Aliağa Petkim Spor" və İsrailin "Hapoel Holon" klubları arasında ilk pley-in oyunu yanvarın 7-də Bakıda baş tutacaq.
İsrail təmsilçisi məlum səbəbə görə İstanbula gəlmək istəməyib və bu halda qarşılaşmanın neytral meydanda, Bakı İdman Sarayında keçirilməsi təklifi qarşılıqlı razılıq əsasında qəbul olunub.
Qeyd edək ki, pley-in görüşlərində hesab bərabər olarsa, yanvarın 22-də baş tutacaq 3-cü oyun da məhz Bakıda baş tutacaq.