“Şamaxı” yığma komandamızın üzvünün transferini rəsmiləşdirdi

“Şamaxı” yığma komandamızın üzvünün transferini rəsmiləşdirdi

“Şamaxı” qış fasiləsində ilk transferini reallaşdırıb.

Mediasport.az xəbər verir ki, bölgə təmsilçisi mərkəz müdafiəçisi Cəlal Hüseynovu heyətinə qatıb.

Bolqarıstanın “Arda” klubuna məxsus olan Hüseynov mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək.

Xatırladaq ki, Cəlal Hüseynov 2022/23-cü illər mövsümündə də “Şamaxı”da forma geyinib və 34 oyunda meydana çıxıb.