Təyyarə qəzasında həlak olan 13 yaşlı Məhəmmədəli dəfn edildi
Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzasında həlak olan “Gənclik” futbol klubunun üzvü Məhəmmədəli Eqanov dəfn edilib.
Mediasport.az xəbər verir ki, mərhumun cənazəsi Suraxanıdakı rus-tatar qəbiristanlığında torpağa tapşırılıb.
Mərasimdə media və ictimaiyyət nümayəndələri, mərhumun yaxınları iştirak ediblər.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.