"Sabah"ın sabiq qapıçısı 3 il ərzində 5-ci dəfə klubunu dəyişdi
“Sabah”ın sabiq qapıçısı Alvaro Vilyete növbəti dəfə komandasını dəyişib.
Mediasport.az xəbər verir ki, uruqvaylı qolkiper yenidən Peruda oynayacaq.
Kolumbiyanın “Metropolitanos” klubundan ayrılan 33 yaşlı futbolçu “Komersiantes Unidos”la müqavilə bağlayıb.
Bu, Vilyetenin Azərbaycan klubundan ayrıldıqdan sonrakı 3 il ərzində 5-ci komandası olub.
Qeyd edək ki, Vilyete Masazır təmsilçisinin heyətində 2020/2021-ci illər mövsümündə Premyer Liqada 8 oyun keçirib, 13 qol buraxıb.