Azərbaycan Premyer Liqasının ən bahalı futbolçuları açıqlandı
"Transfermarkt" portalı futbol üzrə Azərbaycan Premyer Liqasında bazar dəyəri ən yüksək olan futbolçuların siyahısını yeniləyib.
Mediasport.az xəbər verir ki, "10-luğ"un ilk 8 pilləsində "Qarabağ"ın üzvləri qərarlaşıblar.
Leandro Andrade (qiyməti yüksəlib) və Olavio Juninyo 2 milyon avro ilə 1-2-ci pillələri bölüşdürürlər.
Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin qiyməti 1,8 milyon avroya yüksəlib. O, Ağdam təmsilçisindəki komanda yoldaşı Aleksey Kaşukla birlikdə 3-4-cü sıralardadır. Ölkə çempionunun qapıçısı Mateuş Koxalski 1,5 milyon avro ilə beşincidir.
Emmanuel Addai və Toral Bayramovun da bazar dəyəri qalxıb. Onlar Yassin Benzia ilə birlikdə 1,2 milyon avro qiymətləndiriliblər və müvafiq olaraq 6, 7 və 8-ci yerdədirlər.
"Sabah"dan Pavol Safranko 1 milyon avro ilə doqquzuncudur. "Neftçi"də çıxış edən və qiyməti düşən Yuri Matiasın da bazar dəyəri 1 milyon avro göstərilib.