Toral Bayramov Türkiyə Superliqası klubunun transfer siyahısına düşdü
Azərbaycan millisinin futbolçusu Toral Bayramov karyerasını Türkiyədə davam etdirə bilər.
Mediasport.az xəbər verir ki, “Qarabağ”ın 23 yaşlı sol cinah müdafiəçisi “Trabzonspor”un "hədəf"inə düşüb.
Türkiyə mətbuatı Superliqa təmsilçisinin istedadlı futbolçusu bu qış heyətə qatmaq istədiyini yazır.
Xatırladaq ki, Bayramovun Ağdam klubu ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.