Türkiyə 1-ci Liqasında 31-ci tur: Azərbaycanlı futbolçular üz-üzə
Bu gün Türkiyə 1-ci Liqasında 31-ci turun növbəti görüşləri keçiriləcək.
Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma baş tutacaq.
Azərbaycan milli komandasının üzvləri - Coşqun Diniyevin komandası "Ümraniyəspor" Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor"un qonağı olacaq.
Turun açılış matçında yığmamızın digər üzvü Sertan Taşkının formasını geyindiyi "Manisa" "Eyüpspor"la qarşılaşıb və oyun məhsuldar heç-heçə ilə bitib (2:2). Sertan oyuna start heyətdə başlayıb və sona qədər mübarizə aparıb.
Türkiyə 1-ci Liqası. 31-ci tur
13 aprel
"Keçiörəngücü" - "Gənclərbirliyi"
"Boluspor" - "Ümraniyəspor"
"Altay" - "Çorum Bələdiyyəspor"