Azərbaycan dünya çempionatında 15 şahmatçı ilə təmsil olunur

Azərbaycan dünya çempionatında 15 şahmatçı ilə təmsil olunur

ABŞ-nin Nyu-York ştatında şahmatın rapid və blits növü üzrə dünya çempionatı start götürüb.

Mediasport.az yarışın ilk günündə rapiddə beş tur oynanılıb.

Açıq yarışın startında şahmatçılarımızdan ən çox xalları Şəhriyar Məmmədyarov və Vasif Durarbəyli qazanıb. Onların hər biri 3,5 xalla, müvafiq olaraq, 17-ci və 24-cü yerlərdə qərarlaşıblar.

Qadınların yarışında rapiddə 4 tur baş tutub və Günay Məmmədzadə daha yaxşı başlayıb: o, 3,5 xal toplayaraq 2-6-cı yerləri bölüşür.

Dünya çempionatında 300-ə yaxın (180 kişi, 109 qadın) şahmatçı mübarizə aparır.

Azərbaycanı çempionatda 15 şahmatçı təmsil edir: Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Aydın Süleymanlı, Vasif Durarbəyli, Məhəmməd Muradlı, Vüqar Rəsulov, Riad Səmədov, Vüqar Manafov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Zeynəb Məmmədyarova və Türkan Məmmədyarova.

Dünya çempionatının mükafat fondu 1,5 milyon dollar təşkil edir.