Milli futbolçularımızın klubunda ŞOK - 26 günə istefaya göndərikləri baş məşqçi ilə müqavilə bağladılar
Azərbaycan yığma komandasının futbolçuları Renat Dadaşov və Həsən Nəzərlinin (U-19) formasını geyindiyi "Ankaragücü" klubunun yeni baş məşqçisi məlum olub.
Mediasport.az xəbər verir ki, Türkiyə 1-ci Liqa təmsilçisi yenidən Kamal Özdeşlə anlaşıb.
Paytaxt klubu 54 yaşlı mütəxəssislə bu dəfə 1,5 illik müqavilə bağlayıb.
Xatırladaq ki, ankaralılar bu il iyunun 11-də baş məşqçi postuna gətirdiyi Özdeşlə cəmi 26 gün sonra - çempionat başlamadan yolları ayırmışdılar.
Məşqçinin son iş yeri ötən il "Kasımpaşa" olub.
"Ankaragücü" 17 turdan sonra 23 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.