Azərbaycanlı məşqçi həlak olmuş qəhrəman pilot haqda: "Mən İqor Kşnyakini 15 ilə yaxın tanıyırdım..."

Azərbaycanlı məşqçi həlak olmuş qəhrəman pilot haqda: "Mən İqor Kşnyakini 15 ilə yaxın tanıyırdım..."

"Fəxr edirəm ki, belə bir adamla tanış idim. Mən İqoru 15 ilə yaxın tanıyırdım".

Bu sözləri Mediasport.az saytına açıqlamasında azərbaycanlı məşqçi Vitali Kovalyov deyib.

Bugünlərdə "Sabah"dan ayrılmış mütəxəssis dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış "Azərbaycan Hava Yolları" QSC-yə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsində həlak olmuş kapitan pilot İqor Kşnyakini çoxdan tanıdığını bildirib.

V.Kovalyov qəhrəmanlıq göstərmiş Kşnyakinlə eyni ərazidə yaşadıqlarını, övladlarının birlikdə dərsə getdiklərini qeyd edib:

"Eyni ərazidə yaşayırıq. Uşaqlarımız birlikdə bal rəqsi dərslərinə gedirdilər. O, çox yaxşı insan idi. Əsl qəhrəman pilotdur! Allah ona rəhmət eləsin".

Xatırladaq ki, Azərbaycan Gimnastika Federasiyasının “Gimnastika hamı üçün” növü üzrə təmsilçiləri Anastasiya və Darya İqor Kşnyakinin övladlarıdır.