Azərbaycan Premyer Liqası klublarının bazar dəyəri açıqlandı
"Transfermarkt" portalı Avropanın daxili çempionatlarının ümumi dəyərini açıqlayıb.
Mediasport.az xəbər verir ki, qurumun yeni siyahısına görə, Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların ümumi bazar qiyməti 90.08 milyon avrodan 100.30 milyon avroya (11.4 faiz qalxıb) yüksəlib.
Klubları individual götürsək, yalnız "Neftçi"nin heyətinin qiymətində azalma var. "Ağ-qaralar"ın oyunçularının ümumi dəyəri 12.03 milyon avrodan 10.55 milyon avroya (-12.3 faiz) düşüb.
Ən çox artım "Qarabağ"da müşahidə olunub.
Faiz nisbətində (82.6 faiz) ən çox artım isə "Şamaxı"da qeydə alınıb. Bölgə təmsilçisinin oyunçularının ümumi dəyəri 3.03 milyon avrodan 5,53 milyon avroya qalxıb.
Azərbaycan Premyer Liqası klublarının futbolçulara görə bazar qiyməti
1. "Qarabağ": 22.65 milyon avro (əvvəlki 20.33 milyon avro) - 12 faiz artıb
2. "Zirə": 12.40 milyon avro (əvvəlki 11.58 milyon avro) - 7.1 faiz artıb
3. "Sabah": 11.95 milyon avro (əvvəlki 11.75 milyon avro) - 1.7 faiz artıb
4. "Sumqayıt": 10.95 milyon avro (əvvəlki 10.68 milyon avro) - 2.6 faiz artıb
5. "Neftçi": 10.55 milyon avro (əvvəlki 12.03 milyon avro) - 12.3 faiz azalıb
6. "Araz-Naxçıvan": 7.75 milyon avro (əvvəlki 5.53 milyon avro) - 40.3 faiz artıb
7. "Turan Tovuz": 7.48 milyon avro (əvvəlki 5.60 milyon avro) - 33.5 faiz artıb
8. "Kəpəz": 6.13 milyon avro (əvvəlki 5.48 milyon avro) - 11.9 faiz artıb
9. "Şamaxı": 5.53 milyon avro (əvvəlki 3.03 milyon avro) - 82.6 faiz artıb
10. "Səbail": 4.93 milyon avro (əvvəlki 4.20 milyon avro) - 17.3 faiz artıb