Azərbaycan çempionatında sonuncu yarımfinalçı müəyyənləşdi

Azərbaycan çempionatında sonuncu yarımfinalçı müəyyənləşdi

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə yekun vurulub.

Mediasport.az xəbər verir ki, həlledici 3-cü görüşdə "Sərhədçi"yə heç bir şans verməyən "Xəzri" adını yarımfinalçılar sırasına yazdırıb.

"Sərhədçi" İdman Mərkəzində baş tutan qarşılaşmada 90:71 hesabı qeydə alınıb.

"Xəzri" final yolunda "NTD-İndiqo" ilə, "Xırdalan” isə “Sabah”la qarşılaşacaq.

İlk yarımfinal görüşləri mayın 7-də və 8-də keçiriləcək.