"Onlara qarşı oynamaq bizim üçün çətin oldu" - "Sabah"ın çalışdırıcısı

"Onlara qarşı oynamaq bizim üçün çətin oldu" - "Sabah"ın çalışdırıcısı

"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Onlara qarşı oynamaq bizim üçün çətin oldu".

Mediasport.az xəbər verir ki, bu sözləri "Sabah" basketbol klubunun baş məşqçisi Boban Mitev deyib.

Şimali makedoniyalı mütəxəssis FİBA Avropa Kubokunun müntəzəm liqasının qrup mərhələsi çərçivəsində Çexiyada "Nimburk"a böyükhesablı məğlubiyyəti şərh edib:

"Nimburk" çox sürətli və aqressiv oyun sərgilədi. Çoxlu 3 xallıq atışlar etdilər və müdafiə ribaundları qazandılar. 22 hücum ribaundu, 18 uğursuz sərbəst atış və 23 top itkisi. Məğlubiyyətimizə səbəb bunlardır. Rəqibin aqressiv müdafiəsi bizim üçün problem yaratdı".

Qeyd edək ki, təmsilçimiz rəqibinə 95:61 hesabı ilə uduzub.