DÇ-2023: Almaniya sensasiya ilə finala vəsiqə qazanıb

DÇ-2023: Almaniya sensasiya ilə finala vəsiqə qazanıb

Filippin, Yaponiya və İndoneziyanın birgə təşkilatçılığı ilə keçirilən basketbol üzrə dünya çempionatında ikinci finalçının adı müəyyənləşib.

Mediasport.az xəbər verir ki, yarımfinalda sensasiya sayılacaq nəticəyə imza atan Almaniya yığması dünyanın ən güclülərindən olan ABŞ basketbolçularına 113:111 hesabı ilə qalib gələrək qızıl medal görüşünə vəsiqə qazanıb.

ABŞ və Kanada kollektivləri isə dünya üçüncülüyü uğrunda mübarizə aparacaqlar.

Final və üçüncü yer uğrunda qarşılaşmalar sabah keçiriləcək.