Azərbaycan çempionatının iştirakçısı fəaliyyətini dayandırır

 Azərbaycan çempionatının iştirakçısı fəaliyyətini dayandırır

Futbol üzrə Azərbaycan 2-ci Liqasının 7-ci turunda bir matç baş tutmayıb.

Mediasport.az xəbər verir ki, maliyyə problemləri yaşayan “Lerik” “Şəfa” ilə görüş üçün Bakıya gələ bilməyib.

Bölgənin eyniadlı komandası maliyyə çətinliyi səbəbindən fəaliyyətini dayandırmaq təhlükəsi ilə üz-üzə qalıb.

Komanda 6 turdan sonra 7 xalla 9-cu pillədə qərarlaşıb.