Cavid Hüseynov 1-ci Liqa futbolçusunu "Cəbrayıla" aparıb
Futbol üzrə Azərbaycan 2-ci Liqasında yarışan “Cəbrayıl” heyətini gücləndirib.
Mediasport.az xəbər verir ki, milli komandamızın keçmiş futbolçusu Cavid Hüseynovun baş məşqçisi olduğu Qarabağ təmsilçisi Samir İbrahimovla anlaşıb.
30 yaşlı müdafiəçi ilə mövsümün sonuna qədər müqavilə bağlanıb.
İbrahimov mövsümün ilk yarısını 1-ci Liqa təmsilçisi MOİK-də keçirib.
Qeyd edək ki, "Cəbrayıl" qış fasiləsinə 30 xalla 3-cü pillədə yollanıb və lider "Baku Sportinq"dən 7 xal geri qalır.