Zamiq oynadı, komandası qələbə ilə Albaniyada 2-ci pilləyə yüksəldi
Albaniya çempionatında 15-ci turun görüşləri keçirilir.
Mediasport.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Zamiq Əliyevin formasını geyindiyi "Eqnatia" doğma meydanda "Elbasani"ni qəbul edib.
23 yaşlı müdafiəçinin 67 dəqiqə meydanda olduğu qarşılaşmada komandası 3:1 hesablı qələbə qazanıb.
Xallarının sayını 26-ya yüksəldən "Eqnatia" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.