7-ci tur Ağdaşda yekunlaşacaq

7-ci tur Ağdaşda  yekunlaşacaq

Azərbaycan 2-ci Liqasında 7-ci tura 1 oyuna yekun vurulacaq.

Mediasport.az xəbər verir ki, sonuncu oyun günündə "Hypers Guba" səfərdə "Ağdaş"ın qonağı olacaq.

Buna qədər "Şahdağ Qusar" "Şəki Siti"ni (5:0), "Şəmkir" "Qusar"ı (6:0), "Şimal" "Kür-Araz"ı (2:0), "Dinamo" "Saatlı-Araz"ı (1:0), "Göygöl" "Füzuli"ni (9:0) məğlub edib.

Azərbaycan 2-ci Liqası. 7-ci tur

19 oktyabr (şənbə)

14:30 "Ağdaş" - "Hypers Guba"

Hakimlər: Murad Səlimov, Anar Bədəlov, Samir Qaracayev, Sərxan İsmayılov.

Hakim-inspektor: Gülağa Cabarov.

AFFA nümayəndəsi: Azər Əsgərov.

Ağdaş şəhər stadionu.