Yığmamızın üzvü Rumıniya klubu ilə 1 illik müqavilə bağladı
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Yelizaveta Ruban Rumıniyada klubunu dəyişib.
Mediasport.az xəbər verir ki, blokçu karyerasını “Alba”da davam etdirəcək.
29 yaşlı voleybolçu Blaj təmsilçisi ilə 1 illik müqavilə bağlayıb.
2015-ci ildən yığmamızda çıxış edən milliləşdirilmiş ukraynalı geridə qalan 2 mövsümü "Luqoj"da keçirib.