Çempionumuzun Niderland klubu ilə oyunlarının vaxtı açıqlandı

Çempionumuzun Niderland klubu ilə oyunlarının vaxtı açıqlandı

Voleybol üzrə kişilərdən ibarət Azərbaycan çempionu “Murov”un Çağırış Kubokunun 1/8 final mərhələsində keçirəcəyi oyunların tarixi müəyyənləşib.

mediasport.az xəbər verir ki,təmsilçimiz bu mərhələdə Niderlandın “Orion” klubu ilə üz-üzə gələcək.

İlk görüş dekabrın 1-də səfərdə, cavab qarşılaşması isə dekabrın 15-də Bakıda keçiriləcək. Turnirə 1/32 finaldan başlayan "Murov" “Varazdin” (Xorvatiya) və “Holdinq Qrats”ı (Avstriya) mübarizədən kənarlaşdırıb.