Azərbaycan çempionu Mostarda İsveç klubuna qarşı - ÇEMPİONLAR LİQASI

Azərbaycan çempionu Mostarda İsveç klubuna qarşı - ÇEMPİONLAR LİQASI

"Araz-Naxçıvan" bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayacaq.

mediasport.az xəbər verir ki, Joze Alesio da Silvanın baş məşqçi olduğu komanda V qrupdakı ilk sınağında İsveç təmsilçisi "Örebro" ilə görüşəcək.

Bosniya və Herseqovinanın Mostar şəhərindəki "Mithad Hujdur Hujka Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Qrupun digər oyununda Serbiyanın "Loznika Qrad" klubu ilə Bosniya və Herseqovina "Mostar"ı üz-üzə gələcək. Çempionumuz qrupda növbəti oyununu oktyabrın 27-də "Loznika Qrad"a qarşı keçirəcək.


Çempionlar Liqası. Əsas mərhələ, I tur

19:30. "Araz-Naxçıvan" (Azərbaycan) - "Örebro" (İsveç)

Hakimlər: David Abtequya Urdanos (İspaniya), Lukaş Peşko (Slovakiya), Yan Kresta (Çexiya)

Mostar, "Mithad Hujdur Hujka Arena"