Çempionumuzun oyunçuları zədələndi, oyun təxirə salındı

Çempionumuzun oyunçuları zədələndi, oyun təxirə salındı

Futzal üzrə Azərbaycan çempionu “Araz Naxçıvan”la Qazaxıstanın “Kayrat” komandası arasında bu gün keçirilməsi nəzərdə tutulan yoxlama oyunu hər iki baş məşqçinin istəyi ilə ləğv edilib.

mediasport.az xəbər verir ki, buna dünən keçirilmiş matçda bir neçə futzalçının zədələnməsi səbəb göstərilib.

“Araz Naxçıvan”ın heyətində Katatau və Andreu Varqas zədələnərək görüşü sona qədər davam etdirə bilməyib. Ölkə çempionunun heyətində Sineseni də zədəlilər sırasındadır.