"DÇ-nin final mərhələsində iştirakı istəyiriksə, geriyə yol yoxdur"

"DÇ-nin final mərhələsində iştirakı istəyiriksə, geriyə yol yoxdur"

Futzal üzrə milli komandamızın qapıçısı Rövşən Hüseynli DÇ-2024-ün elit-raundunun Rumıniya ilə oyunundan əvvəl jurnalistlərin suallarını cavablandırıb.

Mediasport.az xəbər verir ki, Qazaxıstanın “Atırau” klubunun qolkiperi yığmanın qarşısına konkret hədəf qoyulmadığını deyib.

Yığmanın 32 yaşlı üzvü şansları bərabər qiymətəndirib: “İki gündür tam heyətlə məşq edirik. Buna qədər mən də daxil legionerlər öz klublarında idilər. Əsasən taktiki planda çalışmaları yerinə yetiririk. Yəni, meydanda necə oynamalıyıq, onu məşq edirik. Rəqibi hələ analiz etməmişik. Gecə yola düşürük. Orda da hazırlaşmaq üçün vaxtımız olacaq. İndi zəif komanda yoxdur. Futzal durmadan inkişaf edir. Hansısa komandanın favorit olduğunu düşünənlər var. Amma bu gün qrupda yer alan millilərin hər birinin şansı var.

Rumıniya millisi fərqli oyun üslubunda çıxış edir. Niderland son Avropa çempionatına ev sahibliyi edib, müəyyən təcrübəyə sahibdir. Qazaxıstan millisi illərdir yuxarı yerlər uğrunda yarışır. Baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilsək, yaxşı nəticələr qazana bilərik. Bu matçla bağlı baş məşqçimiz hələlik konkret tapşırıq verməyib. Hər birimiz qələbə qazanmaq istəyindəyik. Final mərhələsində iştirak etmək istəyiriksə, geriyə yol, hansısa riyazı hesablamalar aparmağa ehtiyac yoxdur. Hər bir oyunda maksimum nəticə qazanmalı, birinci yeri tutub final mərhələsinə yüksəlmək haqda düşünməliyik. Final fitinə qədər mübarizə aparmalıyıq”.

Qeyd edək ki, yığmamız sentyabrın 20-də Bakıda Niderland yığması ilə qarşılaşacaq.