Azərbaycan çempionu mübarizəyə ilkin mərhələdən başlayacaq

Azərbaycan çempionu mübarizəyə ilkin mərhələdən başlayacaq

UEFA Çempionlar Liqasının 2023/24-cü il mövsümünün püşkatma tarixi, eləcə də reqlamenti açıqlanıb.

MediaSport.az xəbər verir ki, 51 ölkəni təmsil edən 55 klub qalib adı uğrunda mübarizə aparacaq. İlkin və əsas mərhələnin püşkü iyulun 5-də atılacaq.

Artıq iştirakçı klubların reytinq cədvəli açıqlanıb. 23-cü pillədə yer alan ölkə çempionu “Araz-Naxçıvan” mübarizəyə ilkin mərhələdən start verəcək. Bu mərhələdə 32 komanda 8 qrupda yarışacaq. Yalnız öz qrupunda birinci pilləni tutacaq komandalar və ən yaxşı göstəriciyə malik ikinci pillənin sahibi (ümumilikdə 9 komanda) əsas mərhələyə vəsiqə qazanacaq.

İlkin mərhələnin səbətləri (22-27 avqust)

1-ci səbət (ev sahibləri)

Lubaua (Polşa 1)

Luçeneç (Slovakiya 1)

Doukas (Yunanıstan 1)

Riqa (Latviya 2)

Titoqrad (Monteneqro 2)

Tirana (Albaniya, 2)

Amiqo Northvest (Bolqarıstan 3)

AEL Limassol (Kipr 3)

 

2-ci səbət (qrupda 4-cüləri)

Blumsbury Futsal (İngiltərə)

PYF Saltires (Şotlandiya)

ASA Tel Aviv Ouls (İsrail)

İstanbul Şişli (Türkiyə)

Sparta Belfast (Şimali İrlandiya)

Folqore (San-Marino)

İsbjorninn (İslandiya)

Avropa (Cəbəllütarıq)

3-cü səbət (qrupda 3-cülər)

Georgians (Gürcüstan)

Enkamp (Andorra)

Nisturu Kişinyov (Moldova)

Jahn Regensburq (Almaniya)

Utleira İdrettslaq (Norveç)

Cefn Druids (Uels)

 

4-cü səbət (qrupda 2-cilər)

Diamant Linz (Avstriya)

Pristina (Kosovo)

Yerevan Futsal (Ermənistan)

Kosmos Tallin (Estoniya)

Blue Magic FC Dublin (İrlandiya)

 

5-ci səbət (qrupda 1-cilər)

Araz-Naxçıvan (Azərbaycan)

Futsal Minerva (İsveçrə)

Örebro (İsveç)

Eindhoven (Niderland)

Radnik Bijeljina (Bosniya və Herseqovina)

Qeyd: UEFA İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan və Ermənistanı, eləcə də Kosovo və Bosniya və Herseqovinanı təmsil edən klubları eyni qrupda yer ala bilməzlər. Bu mərhələdən əsas mərhələyə yüksələcək komandalar B yolunda yer alacaqlar.

 

 

Əsas mərhələnin oyunları 24-29 oktyabr tarixlərində keçiriləcək. Dörd ölkə - İspaniya, Portuqaliya, Qazaxıstan və Xorvatiya – hər biri iki klubla təmsil olunacaq. Xorvatiyanın bu şansı qazanması Rusiyanın FİFA və UEFA tərəfindən cəzalandırılması ilə bağlıdır.

 

B yolu

B yolunda reytinq cədvəlinin 12-15 və 20-22-ci pillələrində yer alan komandalar, eləcə də ilkin mərhələdən vəsiqə qazanacaq 9 klub yarışacaq. Ümumilikdə 16 komandanın yer aldığı B qrupunda 16 komanda hər birində 4 iştirakçı olmaqla 4 qrupda yarışacaq. Ancaq qrup qalibləri elit-raunda yüksələcək.  

 

6-cı səbət (ilkin mərhələ qalibləri, 3-4)

A qrupunun qalibi

B qrupunun qalibi

C qrupunun qalibi

D qrupunun qalibi

E qrupunun qalibi

F qrupunun qalibi

G qrupunun qalibi

H qrupunun qalibi

Ən yaxşı ikinci pilləni tutan 1 komanda

 

7-ci səbət (qrupda 2-cilər)

Kampuksen Dinamo (Finlandiya)

Futsal Gentofte (Danimarka)

Stalitsa Minsk (Belarus)

 

8-ci səbət (qrupda 1-cilər)

Kaunas Jalgiris (Litva)

Plzen (Çexiya)

Citta di Eboli (İtaliya)

Futsal Dinamo (Xorvatiya)

 

 

A yolu

Son qalib “Palma Futsal” və turnir cədvəlinin ilk 11 pilləsində yer alan komandalar, eləcə də 16-19-cu pillədəki klublar A yolunda mübarizə aparacaq. Ümumilikdə 16 komandanın yer aldığı A qrupunda 16 komanda hər birində 4 iştirakçı olmaqla 4 qrupda yarışacaq və hər qrupdan 3 komanda elit-raunda vəsiqə qazanacaq.

 

9-cu səbət (ev sahibləri)

Malorka Palma Futsal (İspaniya, 1)

Doboveç (Sloveniya, 2)

Olmissium (Xorvatiya, 2)

Loznica – Grad (Serbiya, 4)

 

10-cu səbət (qrupda 4-cülər)

HİT (Ukraya)

Differdange 03 (Luksemburq)

Etoile Lavalloise (Fransa)

 

11-ci səbət (qrupda 3-cülər)

Ayat (Qazaxıstan)

Haladas (Macarıstan)

Luxol ST. Andreus (Malta)

Yunayted Qalati (Rumıniya)

 

12-ci səbət (qrupda 2-cilər)

Kayrat Almatı (Qazaxıstan)

RSC Anderlext (Belçika)

 

13-cü səbət (qrupda 1-cilər)

Sportinq (Portuqaliya)

Barsa (İspaniya)

Benfika (Portuqaliya)

 

 

 

Püşkatma və oyun tarixləri:

İlkin və əsas mərhələnin püşkatması: 5 iyul

İlkin mərhələ: 22-27 avqust

Əsas mərhələ 24-29 oktyabr

Elit raundun püşkatması: 2 noyabr

Elit raund 28 noyabr - 3 dekabr

Final mərhələsi: 2-3, 4-5 may

5-ci səbətdə yer alan təmsilçimiz Futsal Minerva (İsveçrə), Örebro (İsveç), Eindhoven (Niderland), Radnik Bijeljina (Bosniya və Herseqovina), Lubaua (Polşa), Luçeneç (Slovakiya) və Doukas (Yunanıstan) klubları ilə qarşılaşmayacaq. Çünki bu komandalar öz qruplarının birinci komandası olacaq. “Araz-Naxçıvan” da eyni mövqedə yer alacağından, onların yolu növbəti mərhələdə kəsişə bilər. Təmsilçimizin yer alacağı qrupun oyunları Latviya, Monteneqro, Albaniya, Bolqarıstan və ya Kiprdə keçiriləcək.